Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndə heyəti COP28-də iştirak edir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndə heyəti COP28-də iştirak edir Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dekabrın 6-da Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəf
COP29
6 Dekabr , 2023 18:32
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndə heyəti COP28-də iştirak edir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dekabrın 6-da Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Şəhərlərin dirçəlişi: Böhrandan sonra ekoloji bərpa” mövzusunda xüsusi sessiya təşkil edilib.

"Report" xəbər verir ki, sessiyada Komitə sədrinin müşaviri, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi v.i.e Read Qasımov, şəhər innovasiyası və şəhər iqlimi ilə bağlı beynəlxalq nəşrlərin müəllifi, Sürix şəhər hökumətinin iqlim elçisi Dunya Kovari-Binggeli, BMT-nin Məskunlaşma Proqramının məsləhətçisi Naomi Hugervorst geniş təqdimatlarla çıxış ediblər.

Təqdimatlar zamanı Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası, ekoloji problemlərin həlli prosesində müasir yanaşmaların tətbiqi, Bakı şəhərinin Baş planının hansı prinsiplər əsasında olacağı, işğaldan azad olunan ərazilərimizə Böyük Qayıdış prosesi, beynəlxalq əməkdaşlıq, vahid şəhərsalma və memarlıq siyasətinin formalaşdırılması və həyata keçirilməsi, həmçinin digər mövzular ətrafında geniş müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi