Dennis Frensis: COP29 qlobal istiləşməni 1,5 dərəcə saxlamağa kömək edə bilər

Dennis Frensis: COP29 qlobal istiləşməni 1,5 dərəcə saxlamağa kömək edə bilər Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal istiləşməni 1,5 dərəcə saxlamaq məqsədinə nail olmaq yolunu gücləndirəcək.
COP29
15 Mart , 2024 10:16
Dennis Frensis: COP29 qlobal istiləşməni 1,5 dərəcə saxlamağa kömək edə bilər

Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal istiləşməni 1,5 dərəcə saxlamaq məqsədinə nail olmaq yolunu gücləndirəcək.

“Report” xəbər verir ki, bu barədə BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensisin XI Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində qeyd edilib.

D.Frensis COP həmsədrləri üçlüyünün - Azərbaycan, BƏƏ və Braziliyanın fəaliyyətini yüksək qiymətləndirib: “Bizə zəruri transformasiyaya nail olmaq üçün məhz bu tip rəhbərlik lazımdır. Hamımız COP29-un irəli sürüləcək iddialı təkliflərlə uğurlu olmasını gözləyirik. Bu konfrans qlobal istiləşməni 1,5 dərəcə saxlamaq məqsədinə nail olmaq yolunu gücləndirməyə kömək edəcək və uyğunlaşma tədbirlərini sürətləndirəcək”.

Son xəbərlər

Orphus sistemi