COP29-un baş danışıqçısı Braziliya nümayəndə heyəti ilə iqlim dəyişikliyi üzrə əməkdaşlığı müzakirə edib

COP29-un baş danışıqçısı Braziliya nümayəndə heyəti ilə iqlim dəyişikliyi üzrə əməkdaşlığı müzakirə edib COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iqlim dəyişikliyini müzakirə etmək üçün Braziliya nümayəndə heyəti ilə görüşüb.
COP29
17 May , 2024 16:27
COP29-un baş danışıqçısı Braziliya nümayəndə heyəti ilə iqlim dəyişikliyi üzrə əməkdaşlığı müzakirə edib

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iqlim dəyişikliyini müzakirə etmək üçün Braziliya nümayəndə heyəti ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

“Baş danışıqçı Yalçın Rəfiyev və COP29 Danışıqlar Qrupu Bakıda keçiriləcək COP29 ərəfəsində iqlim dəyişikliyi prioritetləri ilə bağlı məsləhətləşmələr aparmaq və əməkdaşlığı müzakirə etmək üçün Braziliya nümayəndə heyəti ilə görüşüb”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu ilin noyabrında Azərbaycanda, COP30 isə Braziliyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi