COP29-un afrikalı iştirakçıları böyük dövlətləri öz öhdəliklərini yerinə yetirməyə çağırıblar

COP29-un afrikalı iştirakçıları böyük dövlətləri öz öhdəliklərini yerinə yetirməyə çağırıblar Afrikanın vətəndaş cəmiyyəti təşkilatları qlobal ictimaiyyətdən vədləri yerinə yetirməyə və daha iddialı, ədalətli iqlim maliyyəsi məqsədləri təyin etməyə çağırıblar.
COP29
13 Noyabr , 2024 10:12
COP29-un afrikalı iştirakçıları böyük dövlətləri öz öhdəliklərini yerinə yetirməyə çağırıblar

Afrikanın vətəndaş cəmiyyəti təşkilatları qlobal ictimaiyyətdən vədləri yerinə yetirməyə və daha iddialı, ədalətli iqlim maliyyəsi məqsədləri təyin etməyə çağırıblar.

"Report" xəbər verir ki, bu barədə COP29 çərçivəsində Afrika pavilyonunda təşkil edilmiş brifinqdə qeyd olunub.

Brifinqdə vurğulanıb ki, iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyətli Məqsədin yaradılması, hazırda GGA danışıqlarında müzakirə olunan Afrikanın uyğunlaşma ambisiyaları ilə uzlaşmalıdır. Həmçinin bildirilib ki, Paris Sazişinin ruhu və iqlim ədalətinin imperativləri İqlim Maliyyəsi və Yeni Kollektiv Kəmiyyətli Məqsədin əsasını təşkil etməlidir.

Tədbirdə Pan-Afrika İqlim Ədalət Alyansı inkişaf etmiş böyük ölkələri Paris sazişi ilə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə, Bakıda Yeni Kollektiv Kəmiyyət Məqsədini reallaşdırmağa və iqlim böhranının həlli üçün davamlı iqlim maliyyə axınını təmin etməyə çağırıb.

Afrikalı QHT nümayəndələri bildiriblər ki, burada məqsəd həmçinin Azərbaycanın ictimai təşkilatları və mediası tərəfindən Afrika kontekstinə aid əsas məsələlərin daha yaxşı anlaşılması və qiymətləndirilməsi üçün COP29-da qarşılıqlı həmrəylik göstərməkdir. Onlar iqlim maliyyəsində qlobal bərabərliyə nail olmaq üçün birbaşa iqlim ədaləti tələb ediblər.

Foto: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi