COP29 prezidenti biomüxtəliflik üzrə qarşıdakı sessiyanı Astrid Şomaker ilə müzakirə edib
- 25 sentyabr, 2024
- 06:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi COP29 Rəyasət Heyəti BMT-nin Biomüxtəliflik üzrə Konvensiyasının icraçı katibi Astrid Şomaker ilə Kolumbiyada keçiriləcək biomüxtəlifliyə dair sessiyanı müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"COP29 Rəyasət Heyəti və Astrid Şomaker Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC), BMT-nin Biomüxtəliflik Konfransı və Səhralaşma ilə mübarizə üzrə BMT Konvensiyası çərçivəsində əməkdaşlığın vacibliyini müzakirə ediblər. İqlim dəyişikliyi planetimizin zəngin biomüxtəlifliyini təhdid edir və biz təbiətlə harmoniyada yaşamaq üçün birlikdə çalışmalıyıq”, - məlumatda bildirilib.