COP29-da müxtəlif kateqoriyalarda əlilliyi olan insanlar da bərabər şəraitdə iştirak edəcəklər

COP29-da müxtəlif kateqoriyalarda əlilliyi olan insanlar da bərabər şəraitdə iştirak edəcəklər COP29-un keçiriləcəyi sahələrdəki sıxlıqdan başlayaraq nəqliyyat sisteminin əlçatanlığına qədər hər şeyi nəzərə almışıq.
COP29
18 Oktyabr , 2024 12:44
COP29-da müxtəlif kateqoriyalarda əlilliyi olan insanlar da bərabər şəraitdə iştirak edəcəklər
Kamal Məmmədov

COP29-un keçiriləcəyi sahələrdəki sıxlıqdan başlayaraq nəqliyyat sisteminin əlçatanlığına qədər hər şeyi nəzərə almışıq.

"Report" xəbər verir ki, bunu SƏTƏM Departamentinin Müyəssərlik sektorunun müdiri Kamal Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, COP29 yeni bir model kimi ictimaiyyətə təqdim ediləcək:

"Əvvəllər eşitmə və nitq məhdudiyyəti olan insanlar üçün nəzərə alınmayan bir çox məsələlər üzərində işlər görülür. Məsələn, müəyyən zallarda surdo-tərcüməçilərin olması, görmə məhdudiyyəti olan insanlar üçün daktil xəritələrin və brayl əlifbası ilə yazılmış bukletlərin paylanılması kimi sosial xidmətlər əlavə olunub".

Ekspert qeyd edib ki, xüsusi xidmətlərlə təkərli oturacaq istifadəçiləri üçün təmir servisləri də yaradılıb.

K.Məmmədov əlavə edib ki, COP29 tədbirində müxtəlif kateqoriyalarda əlilliyi olan insanların hamısının bərabər şəraitdə iştirak etmələri üçün hər şey nəzərə alınıb:

“Bu sahələr üzrə bütün işlər artıq yekunlaşmaq üzrədir. Əl işarə dili ilə tərcümə xidmətlərinin təşkil olunması da vacib yeniliklərdəndir. İşin ən vacib məqamlarından biri isə müyəssərlik sektorunda çalışan insanların əlilliyi olan şəxslər olmasıdır. Xidmət sahələrinə də məhz əlilliyi olan insanlar cəlb olunub".

Son xəbərlər

Orphus sistemi