COP29 çərçivəsində mümkün əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

COP29 çərçivəsində mümkün əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçiriləcək.
COP29
20 Fevral , 2024 02:01
COP29 çərçivəsində mümkün əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçiriləcək.

"Report" xəbər verir ki, dəyirmi masada ölkəmizi təmsil edəcək xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev fevralın 19-da Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

Görüşdə nazir müavini Azərbaycanın COP29-a ev sahibi seçilməsini ölkəmizə olan etimadın göstəricisi kimi qiymətləndirib.

Y.Rəfiyev Bakı COP29-da tərəf dövlətlərin iqlim dəyişmələri ilə mübarizə sahəsində önəmli qərarlar verməli olduğunu diqqətə çatdırıb.

Azərbaycanın COP29-un sədri olaraq konfransın uğurlu yekunlarının təmin edilməsi istiqamətində diplomatik səylərini əsirgəməyəcəyini, şəffaf, inklüziv və neytral sədrlik fəaliyyəti həyata keçirəcəyi vurğulanıb.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Azərbaycanı COP 29-a ev sahibliyinə seçilməsi münasibəti ilə təbrik edərək, bu gün bütün dünyanın gözünün Bakıda olduğunu vurğulayıb.

Görüşdə Bakı COP29 tərəflər konfransı çərçivəsində mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi