COP29 çərçivəsində dekolonizasiya və "yaşıl gələcəy"ə həsr olunmuş tədbir keçirilib

COP29 çərçivəsində dekolonizasiya və "yaşıl gələcəy"ə həsr olunmuş tədbir keçirilib Bakı Təşəbbüs Qrupu (BQT) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dekolonizasiya və "yaşıl gələcək" naminə həmrəylik” adlı yan tədbir keçirilib.
COP29
18 Noyabr , 2024 13:11
COP29 çərçivəsində dekolonizasiya və yaşıl gələcəyə həsr olunmuş tədbir keçirilib

Bakı Təşəbbüs Qrupu (BQT) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dekolonizasiya və "yaşıl gələcək" naminə həmrəylik” adlı yan tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə vaxtilə müstəmləkəçiliyə məruz qalmış Afrikanın Mali, Keniya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Toqo, Mavritaniya, Zimbabve, Zambiya və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər, hüquq müdafiəçiləri və s. iştirak edib.

Tədbirdə keçmiş koloniyalardakı ekoloji çağırışlara diqqət yetirilib, Afrika qitəsi üçün yaşıl və xarici müdaxiləsiz gələcəyə doğru ən optimal yollar ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr bu regionlarda müstəmləkəçiliyin mənfi təsirləri, davamlı inkişaf və ekoloji bərpa və dayanıqlılığı təşviq edən məsələləri əhatə edib.

Afrikalı deputatlar öz ölkələrindəki keçmiş müstəmləkəçi dövlətlərlə münasibətlərdən söz açaraq həmin dövlətlərin müstəmləkəçi siyasətindən vaz keçə bilmədiklərini və kolonializmin yeni təzahürlərini icra etməyə cəhd göstərmələrini pisləyiblər. Bu xüsusda, Fransa dövlətinin siyasəti nəticəsində Afrikanın Sahel bölgəsindən qovulduqlarını vurğulayıblar:

"Dekolonizasiya prosesinin uğurlu olması üçün əməli addım atılmalıdır. Afrikanın müstəmləkəçilikdən əziyyət çəkmiş xalqları kimi, hazırda müstəmləkə altında olan bölgələrin də tezliklə dekolonizə edilməsi vacibdir".

Qeyd edək ki, BTQ bu yan tədbiri Ekologiya və Təbbi Sərvətlər Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində təşkil edib.

Foto: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi