COP29-a görə Azərbaycana gələcək qonaqların yerləşdirilmə qaydası açıqlanıb

COP29-a görə Azərbaycana gələcək qonaqların yerləşdirilmə qaydası açıqlanıb BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycana gələn qonaqların yerləşdirilməsi vahid beynəlxalq platforma əsasında təqdim ediləcək.
COP29
15 Aprel , 2024 12:02
COP29-a görə Azərbaycana gələcək qonaqların yerləşdirilmə qaydası açıqlanıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycana gələn qonaqların yerləşdirilməsi vahid beynəlxalq platforma əsasında təqdim ediləcək.

"Report" xəbər verir ki, bunu COP29-un Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı direktoru Nərmin Carçalova COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu praktika COP-la bağlı əvvəlki illərin təcrübəsidir:

"Düşünürəm ki, qonaqlar tədbirlə bağlı planlarını rahat şəkildə qura biləcəklər".

N.Carçalova həmçinin qeyd edib ki, COP29-la bağlı yeni vebsayt da istifadəyə veriləcək

Son xəbərlər

Orphus sistemi