Bu gün “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası"nın yaradılması haqqında sənədin imzalanması mərasimi keçirilib.
“Report” xəbər verir ki, imzalanma mərasimi COP29 çərçivəsində səhiyyə və iqlim məsələləri üzrə yüksək səviyyəli nazirlər görüşündə baş tutub.
"Biz “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası"nın yaradılması barədə Niyyət Məktubunu imzalayarkən ümumi bir baxışa sadiq qalmağı öhdəmizə götürürük: iqlim və səhiyyə siyasətinin təcrid olunmadığı, əksinə idarəetmə və inkişafın bütün aspektlərinə inteqrasiya edildiyi bir dünya. İqlim dəyişikliyinə davamlı səhiyyə sistemlərinin maliyyələşdirilməsi ümid deyil, reallıqdır", - deyə T.Musayev bildirib.
Nazirin sözlərinə görə, Koalisiya beynəlxalq əməkdaşlığın misli görünməmiş səviyyəsini təmsil edir.