Cin Baderşnayder: COP29-da əhəmiyyətli uğurlar əldə edilib

Cin Baderşnayder: COP29-da əhəmiyyətli uğurlar əldə edilib Azərbaycanda 2024-cü ilin noyabrında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əhəmiyyətli uğurlar əldə edilib.
COP29
12 mart 2025 15:48
Cin Baderşnayder: COP29-da əhəmiyyətli uğurlar əldə edilib

Azərbaycanda 2024-cü ilin noyabrında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əhəmiyyətli uğurlar əldə edilib.

Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Cin Baderşnayder bu gün mətbuat konfransında “Report”un sualını cavablandırarkən bildirib.

O vurğulayıb ki, iqlim maliyyələşdirilməsi üçün ayrılan vəsaitin 2035-ci ilə qədər ildə 100 milyard dollardan 300 milyard dollara qədər artırılması təsirli nailiyyətdir.

C.Baderşnayder qeyd edib ki, 13-15 mart tarixlərində keçiriləcək Qlobal Bakı Forumunun mövzularından biri "Bakıdan Belenə yol xəritəsi”nin necə uğurlu edilə biləcəyi ilə bağlı müzakirələr olacaq.

"Bu məsələ ilə bağlı Bakıda keçirilən iqlim konfransında çox müzakirələr aparıldı. Onun bir çox iştirakçıları hesab edirdilər ki, o, 1,3 trilyon dollar təşkil etməli idi. COP29-un son saatlarında bir fəaliyyət planı hazırlandı ki, bu da mənim fikrimcə, hazırda bu problemin parlaq həllidir", - o bildirib.

C.Baderşnayderin sözlərinə görə, indi biz tamamilə fərqli şəraitdəyik, çünki ABŞ öz öhdəliklərindən imtina edib: "Buna görə də biz indi daha da ciddiləşən problemləri müzakirə etməyi planlaşdırırıq. Beləliklə, hamımız bu məsələ üzərində böyük səylə işləməli olacağıq".

Son xəbərlər

Orphus sistemi