Cennifer Morqan: “Almaniya COP-a ev sahibliyi edən ölkənin texniki ehtiyaclarını dəstəkləməyə hazırdır”

Cennifer Morqan: “Almaniya COP-a ev sahibliyi edən ölkənin texniki ehtiyaclarını dəstəkləməyə hazırdır” “Almaniya, ehtiyac olarsa, COP “üçlüy”ünün - BƏƏ, Azərbaycan və Braziliyanın istənilən texniki ehtiyaclarını dəstəkləməyə hazırdır”.
COP29
29 Yanvar , 2024 19:20
Cennifer Morqan: “Almaniya COP-a ev sahibliyi edən ölkənin texniki ehtiyaclarını dəstəkləməyə hazırdır”

“Almaniya, ehtiyac olarsa, COP “üçlüy”ünün - BƏƏ, Azərbaycan və Braziliyanın istənilən texniki ehtiyaclarını dəstəkləməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan Bakıda bir qrup jurnalistlə görüşündə deyib.

Onun sözlərinə görə, Bakıya səfərinin gündəliyinə COP çərçivəsində, eləcə də ikitərəfli əsasda əməkdaşlıq məsələlərini müzakirə etmək üçün ekologiya, iqtisadiyyat, energetika nazirləri, eləcə də xarici işlər nazirinin müavini ilə görüş daxildir.

“Almaniyanın COP-a ev sahibliyi etməkdə böyük təcrübəsi var. İqlim katibliyi Almaniyada yerləşir və biz hər il Petersberq İqlim Dialoquna ev sahibliyi edirik”, - C.Morqan bildirib.

O qeyd edib ki, bu dialoq əslində bir araya gələn, gözləntilər və fikir mübadiləsi apara bilən 40-a yaxın ölkənin görüşüdür: “Bu səbəbdən də bu dialoq Azərbaycan üçün onlarla həqiqətən işləmək şansıdır”.

Dövlət katibi vurğulayıb ki, martda Almaniyada Berlin Enerji Keçid Dialoqu baş tutacaq. Onun sözlərinə görə, bu görüş COP28 qərarlarının icrasına həsr olunacaq.

“Bu, həmçinin COP28-dən COP29-a keçidin necə həyata keçirildiyini görmək üçün əməkdaşlıq baxımından yaxşı vasitə ola bilər”, - C.Morqan deyib.

Son xəbərlər

Orphus sistemi