Çadia Vannu: “AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur”

Çadia Vannu: “AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur” ​​​​​​​Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir
COP29
20 Noyabr , 2024 15:32
Çadia Vannu: “AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur”

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir.

"Report" xəbər verir ki, bu fikirləri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) vahid sağlamlıq üzrə qlobal koordinatoru Çadia Vannu AQTİ-nin laboratoriyalarına baxış keçirərkən deyib.

O, Azərbaycanda bu sahədə həyata keçirilən iş mexanizmləri və yeniliyin qlobal səviyyədə öyrədilməsi və tətbiqinin olduqca vacib olduğunu bildirib: “İki gün ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bizə öz iş mexanizmlərini geniş izah edib göstəriblər. Həqiqətən mükəmməl sistemlə öz işlərini görürlər və biz də bir çox yeni təcrübələr öyrəndik, öz təcrübələrimizi bölüşdük“

Ç. Vannu əlavə edib ki, AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir: “Hiss olunur ki, laborator analizlər peşəkar əməkdaşlar tərəfindən icra olunur. Burada hər növ qida-ət, toyuq məhsulu, tərəvəzləri müasir üsullarla test etmək mümkündür”.

Qeyd edək ki, Çadia Vannu Azərbaycana BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29) iştirak etmək üçün gəlib.

Son xəbərlər

Orphus sistemi