Brüs Duqlas: Qlobal ambisiyaları təcili surətdə milli planlara çevirmək lazımdır

Brüs Duqlas: Qlobal ambisiyaları təcili surətdə milli planlara çevirmək lazımdır Dünya birliyi qlobal ambisiyaları təcili surətdə milli planlara və yerli layihələrə çevirməlidir.
COP29
11 Oktyabr , 2024 15:52
Brüs Duqlas: Qlobal ambisiyaları təcili surətdə milli planlara çevirmək lazımdır

Dünya birliyi qlobal ambisiyaları təcili surətdə milli planlara və yerli layihələrə çevirməlidir.

"Report" xəbər verir ki, bunu Qlobal Bərpa Olunan Enerji Alyansının (GRA) baş direktoru Brüs Duqlas Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən panel sessiyasında deyib.

Onun sözlərinə görə, ildə 1 000 giqavatdan çox gücə çatmaq üçün illik bərpa olunan enerji mənbələri qurğuları iki dəfədən çox artırılmalıdır.

"Bu gün müxtəlif coğrafi regionlarda bərpa olunan enerji məsələlərində böyük fərq müşahidə olunur. İnkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə keçən il bərpa olunan enerji mənbələrinin 20 %-dən az hissəsi quraşdırılıb ki, bu da əsasən xərclərin yüksək olmasından qaynaqlanıb”, - baş direktor qeyd edib.

B.Duqlas əlavə edib ki, bərpa olunan enerji potensialının rekord dərəcədə artmasına baxmayaraq, dünya ictimaiyyəti hələ də 2030-cu ilə qədər bu potensialın üç dəfə artırılması hədəfindən geri qalır.

"2030-cu ilə qədər olan dövrdə investisiyalar ildə iki dəfədən çox artmalıdır, lakin bizə maliyyələşdirmənin təkcə kəmiyyəti deyil, həm də keyfiyyəti lazımdır", - o, sonda bildirib.

Son xəbərlər

Orphus sistemi