Nazir müavini: Azərbaycanın irəli sürdüyü təşəbbüs inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verir

Nazir müavini: Azərbaycanın irəli sürdüyü təşəbbüs inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verir İqlim dəyişikliyi və onun nəticələri ilə mübarizə heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi böyük bir işdir.
COP29
3 Sentyabr , 2024 12:13
Nazir müavini: Azərbaycanın irəli sürdüyü təşəbbüs inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verir

İqlim dəyişikliyi və onun nəticələri ilə mübarizə heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi böyük bir işdir.

“Report” xəbər verir ki, bunu Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi nazirinin müavini Andre Korrera Bakıda keçirilən “Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) ümumi iştirak vasitəsilə iqlim məsələlərinin şəffaflığının artırılması” adlı yüksək səviyyəli dialoq zamanı deyib.

Onun sözlərinə görə, emissiyaların şəffaflığı üzrə qlobal sistemin qəbulu iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyətdə yeni eranın başlanğıcını göstərir.

A.Korrera əlavə edib ki, Azərbaycanın COP29-a sədrlik edən tərəf kimi irəli sürdüyü İkiillik Şəffaflıq Hesabatı (BTR) təşəbbüsü inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verir və milli səviyyədə güclü şəffaflıq sistemlərinin yaradılmasını nəzərdə tutur.

“Gəlin potensial və texniki ehtiyaclardakı boşluqları aşkarlayaraq aradan qaldırmaq üçün bu fürsətdən istifadə edək, eləcə də qarşılıqlı etimad və əməkdaşlığı gücləndirək”, - nazir müavini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi