Braziliyalı nümayəndə: Biz COP29-da konsensusun əldə olunmasını gözləyirik

Braziliyalı nümayəndə: Biz COP29-da konsensusun əldə olunmasını gözləyirik Biz Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) yaxşı nəticələr gözləyirik.
COP29
October 10, 2024 08:11
Braziliyalı nümayəndə: Biz COP29-da konsensusun əldə olunmasını gözləyirik
Andre Korrea do Laqo

Biz Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) yaxşı nəticələr gözləyirik.

“Report” xəbər verir ki, bunu Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel sessiyasında deyib.

"Təəssüf ki, bu gün əksər insanlar çoxtərəfliliyin nail ola bilmədiyi şeylərə diqqət yetirirlər. Biz keçirdiyimiz tədbir çərçivəsində çoxtərəfliliyin gücləndirilməsini təmin etməliyik. Düşünürəm ki, biz hər zaman ötən il Birləşmiş Ərəb Əmirliklərində (COP28 çərçivəsində) əldə edilmiş konsensusun əhəmiyyətini vurğulayacağıq. Bakıda da oxşar nəticə gözləyirik", - o bildirib.

A.Laqo qeyd edib ki, çoxtərəfliliyin gücləndirilməsi üçün hər şey edilməlidir və bu məsələdə Braziliyaya ümid etmək olar.

Son xəbərlər

Orphus sistemi