Böhrandan həllə gedən yol - Azərbaycanın COP29-a ev sahibliyi yüksək qiymətləndirilir - ŞƏRH

Böhrandan həllə gedən yol - Azərbaycanın COP29-a ev sahibliyi yüksək qiymətləndirilir - ŞƏRH Dünya iqlim dəyişiklikləri ilə mübarizədə mühüm addımlar atmaq və davamlı gələcək naminə həll yolları tapmaq üçün hər il keçirilən 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP)
COP29
3 Fevral , 2024 15:03
Böhrandan həllə gedən yol - Azərbaycanın COP29-a ev sahibliyi yüksək qiymətləndirilir - ŞƏRH

Dünya iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımlar atmaq və davamlı gələcək naminə həll yolları tapmaq üçün hər il dünyanın müxtəlif şəhərlərində keçirilən və bu ilin noyabrında Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) xüsusi diqqət yetirir.

Lakin bu dəfəki tədbir bəlkə də tarixində ilk dəfə çətin dövrünü yaşadı.

Dünyada yaranmış geosiyasi vəziyyət 29-cu sessiyasını sual altında qoydu. Belə bir böhran şəraitində Azərbaycan məsuliyyəti öz üzərinə götürərək fədakarlığı ilə liderlik nümayiş etdirdi.

“Report” bu məqalədə Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə üzərinə götürdüyü böyük öhdəliyə, bu tədbirin ölkəmiz və dünya üçün kəsb edən xüsusi əhəmiyyətinə toxunub.

COP29-a ev sahibliyi etməyimiz bizə əminliklə deməyə imkan verir ki, Azərbaycan strateji mövqeyi, enerji siyasətindəki uğurları və proseslərə diplomatik yanaşması sayəsində dəfələrlə böhrandan həllə gedən yolda mühüm rol oynayan ölkə adını alıb. COP29-a ev sahibliyinin ölkəmizin beynəlxalq nüfuzu baxımından mühüm əhəmiyyət daşıması, baş verən proseslərə müşahidəçi yox, iştirakçı kimi qoşulduğumuzu dünyaya bir daha sübut etməsi kimi müsbət tərəfləri olsa da, bunun çətin və məsuliyyətli tərəfləri də var. Azərbaycan dəfələrlə mühüm tədbirlərə, beynəlxalq yarışlara yüksək təşkilatçılıqla ev sahibliyi edib və bunu, hər zaman tədbir iştirakçıları yüksək qiymətləndirib. Bu tədbirin də yüksək səviyyədə təşkilatçılığı istiqamətində artıq mühüm işlər görülür. Lakin təşkilatçılıqdan əlavə, tədbiri daha məsuliyyətli edən məqam keçirildiyi dövr və şəraitdir. Hazırda bir çox ölkə ciddi təhdidlər qarşısındadır. Baş verən proseslər əksər ölkəni enerji, qida, daxili və xarici iğtişaşlar, həmçinin bir sıra fəlakətlərlə qarşı-qarşıya qoyub. Mühüm tədbirlərin keçirilməsi üçün isə başlıca amil ölkənin stabil təhlükəsizliyə malik olmasıdır. Azərbaycan indiki dövrdə bu məsuliyyəti üzərinə götürə biləcək çox az sayda daxili və xarici sabitliyə sahib, həmçinin neytral ölkələrdəndir. Tədbirin Azərbaycanda keçirilməsi təklifini hər kəs müsbət qarşıladı. Ölkəmiz hətta bu tədbirin mühümlüyünü dərk edərək Ermənistanla da diplomatik danışıqlar apardı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Azərbaycan bu uğurlu diplomatiyası ilə sülh və regional həmrəylik istiqamətində növbəti addımını atmış oldu. Bütün bunlar - tədbirin keçirilməsi üçün göstərilən fədakarlıq - ölkəmiz, regionumuz ilə yanaşı, bəşəriyyət üçün atılan mühüm addımdır.

Azərbaycanın atdığı addımlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Ötən gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ADA Universitetində çıxışı zamanı “Mən bir daha Azərbaycan hökumətinə və xalqına təbriklərimi çatdırıram. Bu il, xüsusən də son günlər Bakıda apardığımız konstruktiv və düşünülmüş müzakirələr məni çox ruhlandırdı. Genişmiqyaslı dəyişiklikləri idarə etmək üçün ağır işləri üzərinə götürməyə hazır olmaq çox vacibdir. Çünki artıq dünyanın iqlim mübarizəsinin bütün aspektlərində işlərin normal vəziyyətə qayıtmasının vaxtı çatıb”, - fikirləri bu qiymətin bariz nümunəsidir.

Son olaraq qeyd edək ki, Azərbaycan COP29-u təkcə bir tədbir kimi yox, həm də davamlı inkişaf məqsədlərinə nail olmaq üçün fürsət kimi görür. Enerji siyasətindəki uğurları, bərpa olunan enerji resurslarına sərmayə qoymaq istəyi və iqlim dəyişikliyi ilə mübarizə əzmi Azərbaycanın davamlı gələcək üçün atdığı addımların təzahürüdür. Azərbaycanın bu platformada liderliyi bütün dünyada iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin yaradılmasına töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi