Azərbaycanın geosiyasi mövqeyi və dünyada liderlik sərgilədiyi vaxtda iqlim dəyişikliyi mövzusundakı mübarizəsi bu işə böyük töhfə olacaq.
Bunu "Report"a açıqlamasında BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNİTAR) İnsanlarla iş üzrə şöbəsinin direktor müavini Ebru Canan Sokullu deyib.
Onun sözlərinə görə, Azərbaycan COP mövzusunda çox mühüm işə imza atıb və çox mühüm tədbirə də ev sahibliyi edir:
"İqlim dəyişikliyi ilə bağlı məlumat insanlara erkən yaşlardan aşılanmalıdır. Bu işdə əsas yük ailənin üzərinə düşür. Sonrakı mərhələdə dövlət qurumlarının bu istiqamətdə düzgün qərar qəbul etməsi əsas hədəflərdəndir".
BMT nümayəndəsi bildirib ki, özəl şirkətlər və cəmiyyətin də iqlim dəyişikliyi ilə mübarizədə rolu önəmlidir:
"Çoxtərəfli əməkdaşlıq olmadan iqlim dəyişikliyi ilə mübarizə aparmaq mümkün deyil. Ona görə də dövlət və özəl tərəfdaşlığın inkişaf etdirilməsi vacibdir".