Qlobal emissiyalarda beynəlxalq yüklərin payı kifayət qədər böyükdür.
“Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycan ofisinin baş koordinasiya mütəxəssisi Hurşid Rüstəmov COP29 çərçivəsində keçirilən "Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri" adlı tədbir deyib.
"Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, beynəlxalq ticarətlə bağlı yük daşımaları, o cümlədən hava, dəmir yolu, dəniz və avtomobil daşımaları qlobal tullantıların təxminən 8 %-ni, anbar və limanları da nəzərə alsaq 11 %-ni təşkil edir. Nəqliyyat növləri arasında isə ən çox tullantılar buraxan avtomobil yük daşımaları hesab olunur. Qlobal ticarətin artması ilə yük daşımalarından emissiyaların növbəti illərdə artacağı proqnozlaşdırılır. Bu baxımdan, hesab edirəm ki, yükdaşımalarda emissiya amilinin həlli üçün kollektiv səylər həlledici xarakter alır", - deyə o qeyd edib.
O bildirib ki, regionda nəqliyyat dəhlizlərinin ekoloji dayanıqlığının artırılması üçün qatar və nəqliyyat qaydalarına və prosedur standartlarına, habelə vahid regional çərçivədə nəqliyyat infrastrukturuna investisiyalara nəzarət və əlaqələndirmək üçün ümumi regional siyasət çərçivəsinin olmasıdır: "Nəqliyyat siyasəti, nəqliyyat dəhlizlərinin səmərəliliyini və effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər. Mövcud BMT Nəqliyyat İnfrastruktur Sazişləri və regional komissiyaları, xüsusilə də BMT-nin Avropa Regional Komissiyası, UNİCEF-in rəhbərlik etdiyi komissiyalar dəmir yolu və avtomobil nəqliyyatı üzrə səylərin uyğunlaşdırılması və nəqliyyat dəhlizlərinin istismarında daha yaxşı əlaqələndirilməsi üçün çərçivə rolunu oynaya bilər”.
O qeyd edib ki, ikinci tövsiyə nəqliyyat infrastrukturunun və donanmanın modernləşdirilməsi üçün investisiyaların genişləndirilməsidir: “Məsələn, Xəzərdə Azərbaycan, Qazaxıstan və Türkmənistanda yerləşən Ələt, Aktau və Türkmənbaşı kimi dəniz limanları Xəzər dənizi boyunca ticarət üçün mühüm əhəmiyyət kəsb edir. Lakin multimodal idarəetmə imkanlarını təkmilləşdirmək üçün modernləşdirmə, dəmir yolu və avtomobil yolları şəbəkələri ilə daha yaxşı inteqrasiya tələb edir”.
Onun fikrincə, üçüncü məqam dəhlizlər boyu və qonşu regionlarla yükdaşıma məlumatlarının mübadiləsinin multimodal qarşılıqlı fəaliyyətinin gücləndirilməsidir: “Prosedurların daha yaxşı uyğunlaşdırılması və bununla da nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması və emissiyaların azaldılması üçün nəqliyyat xidmətlərinin rəqəmsallaşdırılması alətlərindən, məsələn, ETR, ECMR və multimodal məlumatların rəqəmsallaşdırılması və sənəd mübadiləsi üçün ümumi semantik standartlardan istifadə tövsiyə olunur. Nəhayət, yükdaşıma sektorunda xalis sıfıra nail olmaq üçün yük nəqliyyatında, limanlarda və logistika terminallarında “yaşıl yanacağ”a keçid mühümdur. Bu texnoloji irəliləyişlərə uyğun olaraq edilməlidir. Tarixən neft məhsulları dünya miqyasında beynəlxalq gəmiçilik və yük daşımaları üçün ümumi enerji tələbatının 99 %-dən çoxunu təşkil edib. 2022-ci ildə bioyanacaq 0-dan az qarşılanıb".