Bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunları üzrə iqlim dəyişikliyi ilə səmərəli mübarizə aparmaq üçün ciddi maliyyə öhdəliklərinə nail olmaq lazımdır.
“Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bu gün Astanada "ŞƏT plus" formatında keçirilən iclasda deyib.
“Maliyyələşdirmə çox mühüm əhəmiyyət kəsb edir. Bu, təkcə iqlim dəyişikliyi ilə mübarizəyə kömək etmək üçün deyil, həm də bərabərsizliklə mübarizə aparmaq vacibdir. Builki COP29-dan sonra bizə hər iki tərəfdən güclü maliyyə öhdəlikləri, eləcə də çoxtərəfli inkişaf banklarının kredit imkanlarını davamlı şəkildə artırmaq və iqlim dəyişikliyi ilə mübarizəyə daha çox özəl kapital cəlb etmək üçün onların biznes modelini dəyişdirmək üçün qətiyyətli addımlar lazımdır”, - o vurğulayıb.
Baş katib əlavə edib ki, inkişaf etmiş ölkələr məsuliyyəti üzərinə götürərək və uyğunlaşma maliyyəsini ikiqat artıraraq öhdəliklərini yerinə yetirməlidir.