BMT-nin Baş katibi: COP29 iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi planı üçün yeni imkanlar təqdim edəcək

BMT-nin Baş katibi: COP29 iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi planı üçün yeni imkanlar təqdim edəcək COP29 iqlim konfransı iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi planı üçün yeni imkanlar təqdim edəcək.
COP29
24 Oktyabr , 2024 16:08
BMT-nin Baş katibi: COP29 iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi planı üçün yeni imkanlar təqdim edəcək

COP29 iqlim konfransı iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi planı üçün yeni imkanlar təqdim edəcək.

"Report"un Kazana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu BMT-nin baş katibi Antonio Quterreş XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının genişləndirilmiş iclasında deyib.

“Konfrans (COP29) bir neçə həftə sonra keçiriləcək və o zaman yeni planlar təqdim etmək üçün geri sayım başlayacaq. Konfrans maliyyə planı üçün yeni imkanlar təqdim edəcək”, - baş katib bildirib.

Onun sözlərinə görə, hər bir ölkə qlobal istiləşməni 1,5 dərəcə daxilində saxlamaq öhdəliyinə sadiqliyini ifadə edib. "Bu, emissiyaların azaldılması üçün ciddi tədbirlərin həyata keçirilməsini tələb edir və bu işə G20 rəhbərlik etməlidir", - A.Quterreş vurğulayıb.

BMT-nin baş katibi qeyd edib ki, inkişaf etmiş ölkələr iqlim dəyişikliyi ilə mübarizədə götürdükləri öhdəlikləri yerinə yetirməli və bu məqsədlər üçün vəsaiti iki dəfə artırmalıdır. "Həmçinin İtki və Zərər Fondu da maliyyələşdirilməlidir. Hər bir ölkə texnologiyanın üstünlüklərindən istifadə etmək imkanına malik olmalıdır. Qlobal rəqəmsal saziş beynəlxalq əməkdaşlığı və potensialı gücləndirməyə xidmət edir", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi