BMT BA-nın prezidenti: İqlim maliyyələşməsi üçün yeni bir yol müəyyən edə bilərik

BMT BA-nın prezidenti: İqlim maliyyələşməsi üçün yeni bir yol müəyyən edə bilərik BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan dünya təşkilatının 79-cu Baş Assambleyasının prezidenti Filemon Yanq sammitdə “insanların ehtiyaclarını tə
COP29
12 Noyabr , 2024 07:42
BMT BA-nın prezidenti: İqlim maliyyələşməsi üçün yeni bir yol müəyyən edə bilərik

BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan dünya təşkilatının 79-cu Baş Assambleyasının prezidenti Filemon Yanq sammitdə “insanların ehtiyaclarını təmin edən iqlim maliyyələşməsi üçün yeni bir yolun müəyyən edilə biləcəyini” bildirib.

“Report” xəbər verir ki, bu barədə Kamerunun keçmiş baş naziri sosial şəbəkədə yazıb.

“COP29 üçün gözəl Bakıya, Azərbaycana gəlmişəm, burada məni Azərbaycan Respublikasının səhiyyə naziri […] Teymur Musayev, BMT-dəki daimi nümayəndə səfir Yaşar Əliyev və Azərbaycanda BMT-nin rezident əlaqələndiricisi […] Vlandanka Andreyeva qarşılayıblar”, – BA-nın prezidenti qeyd edib.

“Məsələnin çox ciddi” olduğunu vurğulayan siyasətçi “birlikdə adaptasiya, dayanıqlılıq və ən çox təsirlənən insanların ehtiyaclarını təmin edən iqlim maliyyələşməsi üçün yeni bir yol müəyyən edə biləcəklərini” bildirib.

“Təcili iqlim fəaliyyətinə olan sadiqliyimizi yeniləyək. Qarşıdakı müzakirələri səbirsizliklə gözləyirəm”, – Yanq nəql edib.

Son xəbərlər

Orphus sistemi