Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında Niyyət Protokolu imzalanıb.
"Report" xəbər verir ki, sənəd Bakıda keçirilən COP29 çərçivəsində imzalanıb.
Protokolu komitə sədri Bahar Muradova və ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik imzalayıblar.
Qeyd edilib ki, Niyyət Protokolunda qadın və uşaq məsələləri sahəsində birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi; həmin istiqamətlərdə müxtəlif seminarların, təlimlərin, konfransların və simpoziumların keçirilməsi, təcrübə və ekspert mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin təşkili imkanlarının nəzərdən keçirilməsi, həmçinin tərəflər arasında əməkdaşlığın inkişafı üçün səylərin göstərilməsi və aidiyyəti strukturları arasında mütəmadi görüşlərin keçirilməsi məsələləri əks olunub.
FOTO: Samirə Həsənova