Azərbaycanda kənd təsərrüfatına ciddi zərər vuran isti və quru küləklərin sayı 14 dəfə artıb

Azərbaycanda kənd təsərrüfatına ciddi zərər vuran isti və quru küləklərin sayı 14 dəfə artıb Son 30 ildə Azərbaycanda kənd təsərrüfatına ciddi zərər vuran isti və quru küləklərin sayı 14 dəfə, quraqlığın davamiyyəti isə 20%-dən çox artıb.
COP29
2 Oktyabr , 2024 11:21
Azərbaycanda kənd təsərrüfatına ciddi zərər vuran isti və quru küləklərin sayı 14 dəfə artıb
Muxtar Babayev

Son 30 ildə Azərbaycanda kənd təsərrüfatına ciddi zərər vuran isti və quru küləklərin sayı 14 dəfə, quraqlığın davamiyyəti isə 20%-dən çox artıb.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Ombudsmanların Beynəlxalq Bakı Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son on ildə dolu hadisələrinin sayı üç dəfədən çox artıb: "Əvvəllər dolu əsasən dağlıq və dağətəyi rayonlarda müşahidə olunurdusa, hazırda bu proses düzən əraziləri də əhatə edir".

Nazir deyib ki, Azərbaycanda su ehtiyatları da son onilliklər ərzində təxminən 15 faiz azalıb: "Bu azalma, əsasən, quraqlığın artması, temperaturun yüksəlməsi və yağıntıların qeyri-bərabər paylanması ilə bağlıdır. Azərbaycanın su resurslarının böyük hissəsi qonşu ölkələrdən gələn transsərhəd sular hesabına formalaşır, buna görə də regional iqlim dəyişiklikləri ölkə daxilindəki su balansına da ciddi təsir göstərir".

M.Babayev iqlim dəyişmələrinin sahilyanı ərazilərə də təsirinin ciddi şəkildə müşahidə olunduğunu söyləyib: "Son illərdə Xəzər dənizinin səviyyəsi ciddi şəkildə azalmaqdadır. Bunun səbəbləri həm texnogen, həm də antropogen xarakter daşıyır. Xəzər dənizi regionunda temperaturun artması və dəniz səviyyəsinin azalması biomüxtəlifliyi, balıqçılığı və sahilyanı əraziləri təhlükə altına atır".

Son xəbərlər

Orphus sistemi