Azərbaycan Fransa şirkəti ilə karbonsuzlaşma üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan Fransa şirkəti ilə karbonsuzlaşma üzrə əməkdaşlığı müzakirə edib ​​​​​​​Azərbaycan və Fransanın “Schneider Electric” şirkəti arasında karbonsuzlaşma və sənaye texnologiyaları üzrə mümkün əməkdaşlıq müzakirə olunub
COP29
15 Noyabr , 2024 19:35
Azərbaycan Fransa şirkəti ilə karbonsuzlaşma üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan və Fransanın “Schneider Electric” şirkəti arasında karbonsuzlaşma və sənaye texnologiyaları üzrə mümkün əməkdaşlıq müzakirə olunub.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev COP29 çərçivəsində “Schneider Electric”in beynəlxalq əməliyyatlar üzrə icraçı vitse-prezidenti Maniş Pant ilə görüşüdə aparılıb.

Görüşdə Azərbaycanda yaradılmış əlverişli işgüzar mühit, həmçinin, “yaşıl enerji” təhlükəsizliyi tədbirləri, “yaşıl keçid” layihələri, ekosistemin rəqəmsallaşdırılması, innovasiyaların tətbiqi üzrə görülən işlər barədə məlumat verilib, bu kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Tərəflər bərpaolunan enerjidən istifadə, karbonsuzlaşma, rəqəmsallaşma və sənaye texnologiyaları üzrə mümkün əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi