Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq COP29 çərçivəsində ölkələr şəffaflıq hesabatını təqdim edəcəklər.
COP29
19 Sentyabr , 2024 11:24
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycan şəffaflıq hesabatını hazırlayacaq.

"Report" xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Real Tv”yə müsahibəsində deyib.

O bildirib ki, COP29 çərçivəsində ölkələr şəffaflıq hesabatını təqdim edəcəklər: "Bu, iqlim layihələri ilə bağlı hesabatdır”.

M.Babayevin sözlərinə görə, bu sənədlər kifayət qədər vacibdir: “Azərbaycan çalışacaq ki, COP29-a qədər bu sənədi hazırlasın və təqdim etsin”.

Nazir onu da əlavə edib ki, COP29 çərçivəsində Azərbaycanda bir çox yaşıl layihələr təqdim olunacaq: "Bunların xeyli hissəsi Qarabağla bağlı olacaq. Digər regionlarla bağlı da layihələr var. COP29 Azərbaycanın özünü təqdim və təbliğ etməsi üçün yaxşı imkandır".

Son xəbərlər

Orphus sistemi