Azərbaycan BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi üçün müraciət edib

Azərbaycan BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi üçün müraciət edib Azərbaycan 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasına ev sahibliyi etmək üçün müraciət edib.
COP29
30 Sentyabr , 2024 10:06
Azərbaycan BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi üçün müraciət edib
Muxtar Babayev

Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi etmək üçün müraciət edib.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə deyib.

O bildirib ki, 3 həftə sonra Kolumbiyanın Kali şəhərində BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 16-cı Tərəflər Konfransının keçirilməsi nəzərdə tutulur:

"Bu platformadan istifadə edərək bildirmək istəyirəm ki, Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. Ev sahibliyi ilə bağlı yekun qərar gələn ayın sonunda Kali şəhərindəki tədbir zamanı qəbul ediləcək".

Son xəbərlər

Orphus sistemi