Almaniyalı nazir: "Plastik istehsalı tez və əhəmiyyətli dərəcədə azaldılmalıdır"

Almaniyalı nazir: "Plastik istehsalı tez və əhəmiyyətli dərəcədə azaldılmalıdır" Dünyada plastik istehsalı tez və əhəmiyyətli dərəcədə azaldılmalıdır.
COP29
21 Noyabr , 2024 16:28
Almaniyalı nazir: Plastik istehsalı tez və əhəmiyyətli dərəcədə azaldılmalıdır

Dünyada plastik istehsalı tez və əhəmiyyətli dərəcədə azaldılmalıdır.

"Report" xəbər verir ki, bunu Almaniyanın ətraf mühit, təbiətin mühafizəsi, atom təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə naziri Steffi Lemke COP29 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, plastiklər qlobal istixana qazı emissiyalarının təxminən 4 %-ni təşkil edir: "Əsrin sonuna qədər plastik istehsalı iki, hətta üç dəfə arta bilər. Bu o deməkdir ki, emissiyalar artmaqda davam edəcək. Yəni, bu sürətlə plastik istehsal və istifadə etməyə, artırmağa davam etsək, iqlim hədəflərimizə çatmayacağıq. Biz plastik istehsalını tez və əhəmiyyətli dərəcədə azaltmalıyıq. Məsələ yalnız plastikləri kağızdan hazırlanan birdəfəlik məhsullarla əvəz etmək deyil. Kağız istehsalı da çoxlu enerji və qiymətli ağac tələb edir. Həll yolu daha az qablaşdırma və ən əsası təkrar istifadə edilə bilən qablaşdırmadır. Bu, tullantıları azaldır və qiymətli resurslara qənaət edir".

Qonaq əlavə edib ki, resurs istehlakını azaltmağın vaxtıdır: "Çünki xammalın çıxarılması və istifadəsi çoxlu su sərf edir, bitkiləri, heyvanları və yaşayış yerlərini məhv edir. Onlar böyük istixana qazı emissiyalarına səbəb olurlar. Buna görə də dairəvi iqtisadiyyat iqlim dəyişikliyi ilə mübarizə səylərində daha böyük rol oynamalıdır".

Son xəbərlər

Orphus sistemi