Almaniya XİN-in dövlət katibi COP29-un inklüzivliyinə ümid edir

Almaniya XİN-in dövlət katibi COP29-un inklüzivliyinə ümid edir Azərbaycanın COP29-da inklüziv sədrliyinə ümid edirik. Bu iqlim konfransında ölkə bu prosesə töhfə vermək qabiliyyəti və istəyi olan fəallar, QHT-lər, alimlər və iş adamları ilə əməkdaşlıq edəcək.
COP29
14 Oktyabr , 2024 15:13
Almaniya XİN-in dövlət katibi COP29-un inklüzivliyinə ümid edir

Azərbaycanın COP29-da inklüziv sədrliyinə ümid edirik. Bu iqlim konfransında ölkə prosesə töhfə vermək qabiliyyəti və istəyi olan fəallar, QHT-lər, alimlər və iş adamları ilə əməkdaşlıq edəcək.

“Report” xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan bu gün Lüksemburqda jurnalistlərə açıqlamasında deyib.

C.Morqan vurğulayıb ki, ötən həftə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) məhsuldar olub və bir çox ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakını nümayiş etdirib: “Bizim hələ çox uzun yolumuz var və Avropa İttifaqı COP-un uğurla keçirilməsində fəal rol oynayacaq”.

Almaniya XİN-in dövlət katibinin sözlərinə görə, Lüksemburqda Avropa İttifaqı ölkələrinin iqlim nazirlərinin bugünkü görüşünün əsas məqsədi Bakıda keçiriləcək COP29-a hazırlığın müzakirəsidir: “Biz əmin olmalıyıq ki, ötən il enerji keçidi ilə bağlı əldə edilmiş razılaşmaların həyata keçirilməsi planını tətbiq edirik və o, ölkələr tərəfindən yerinə yetirilir".

Son xəbərlər

Orphus sistemi