Alen Stiven: COP iqlim dəyişikliyi ilə mübarizədə təcrübə mübadiləsi üçün mühüm platformadır

Alen Stiven: COP iqlim dəyişikliyi ilə mübarizədə təcrübə mübadiləsi üçün mühüm platformadır BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasıları (COP) biliklərin, qabaqcıl təcrübələrin mübadiləsi və iqlim dəyişikliyi ilə mübarizə üçün fəaliyyətin inkişafı üçün dəyərli beynəlxalq forum təşkil edir.
COP29
9 İyul , 2024 12:55
Alen Stiven: COP iqlim dəyişikliyi ilə mübarizədə təcrübə mübadiləsi üçün mühüm platformadır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları (COP) biliklərin, qabaqcıl təcrübələrin mübadiləsi və iqlim dəyişikliyi ilə mübarizə üçün fəaliyyətin inkişafı üçün dəyərli beynəlxalq forum təşkil edir.

Bu barədə “Report”a açıqlamasında “Energy One Solutions International”ın baş direktoru və təsisçisi Alen Stiven bildirib.

Onun fikrincə, COP sessiyaları ölkələr üçün siyasəti bir kənara qoyaraq iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliklərini təsdiqləmək üçün vacibdir: “Hətta milli səviyyədə müəyyən edilmiş töhfələrin yerinə yetirilməsi prosesi və qərarların qəbulu ləng olsa belə, sessiyalar dövlətlərə xarici siyasətlərindən asılı olmayaraq iqlim təşəbbüslərini inkişaf etdirmək üçün məlumat və təlimat verir”.

İnfrastrukturun “yaşıl enerji”yə keçidindən danışan A.Stiven qeyd edib ki, bu proses olduqca mürəkkəbdir: “Problem təkcə yaşıl enerji mənbələrini tətbiq etmək deyil, həm də enerji sistemlərinin etibarlılığını və dayanıqlığını təmin etməkdir”.

O bildirib ki, kütləvi karbonsuzlaşdırma enerji sistemlərinin sabitliyinə təsir edir, çünki şəbəkə operatoru buna tam nəzarət edə bilmir. A.Stiven hesab edir ki, gələcəyin enerji sistemləri özünü idarə edən və özünü təmin edən, əsas şəbəkə vasitəsilə xidmət mübadiləsi aparan və bazar şəraitinə uyğunlaşan virtual elektrik stansiyalarının məcmusu olacaq.

Son xəbərlər

Orphus sistemi