Aktotı Raimkulova: Rəqəmsallaşdırma iqlim dəyişikliyindən zərər çəkmiş mədəniyyət obyektlərinin bərpasının vacib elementidir

Aktotı Raimkulova: Rəqəmsallaşdırma iqlim dəyişikliyindən zərər çəkmiş mədəniyyət obyektlərinin bərpasının vacib elementidir İqlim dəyişikliyi mədəni irsin qorunması üçün ciddi təhlükə yaradır.
COP29
15 Noyabr , 2024 15:31
Aktotı Raimkulova: Rəqəmsallaşdırma iqlim dəyişikliyindən zərər çəkmiş mədəniyyət obyektlərinin bərpasının vacib elementidir

İqlim dəyişikliyi mədəni irsin qorunması üçün ciddi təhlükə yaradır.

“Report”un məlumatına görə, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda COP29 çərçivəsində nazirlərin görüşündə bildirib.

"İqlim dəyişikliyi ilə mübarizədə yadda saxlamalıyıq ki, bu, təkcə texnoloji və ya siyasi problem deyil, həm də mədəni problemdir. Axı iqlim dəyişikliyi mədəni irsin həm maddi, həm də qeyri-maddi aspektlərinə əhəmiyyətli təsir göstərir", - o vurğulayıb.

Onun sözlərinə görə, qlobal istiləşmə, daşqınlar, dağıntılar, təbii fəlakətlər, zəlzələlər şəraitində mədəniyyət obyektlərinin də təhlükə altında olduğunu unutmamaq vacibdir: "Biz son zamanlarda Türkiyədə baş verən zəlzələlərin dağıdıcı nəticələrinin, Qazaxıstanda böyük daşqınların, dünyanın hər yerində dəhşətli yanğınların şahidi olduq. Qlobal istiləşmə, daşqınlar, dağıntılar, təbii fəlakətlər və zəlzələlər şəraitində mədəniyyət obyektlərimizin də təhlükə altında olduğunu unutmamaq vacibdir. Biz maddi və mədəni irsin unikal abidələrini bərpa etməyə hazır olmalıyıq. Təəssüf ki, təbii fəlakətlər və iqlim dəyişikliyi zamanı dövlətlərin dünya əhəmiyyətli abidələri bərpa etməkdə çətinlik çəkdiyi hallar məlumdur, çünki dağılmış hissələri bərpa etmək üçün işlər vaxtında aparılmayıb".

A.Raimkulova hesab edir ki, bu aspektdə rəqəmsallaşma və mədəni obyektlərin rəqəmsal analoqları aktuallaşır. "Bu istiqamətdə Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan və bir çox başqa ölkələrdə maddi-mədəni irsin, əlyazma abidələrinin, saray komplekslərinin rəqəmsallaşdırılması istiqamətində fəal addımlar atır", - deyə o qeyd edib.

O əlavə edib ki, Azərbaycanın Qarabağ regionunda işə xüsusi diqqət yetirilir.

Son xəbərlər

Orphus sistemi