Aİ nümayəndələri: İqlim böhranı ilə mübarizədə tələblər hamı üçün yüksəldilməlidir

Aİ nümayəndələri: İqlim böhranı ilə mübarizədə tələblər hamı üçün yüksəldilməlidir Aİ Paris Sazişinin məqsədlərinin həyata keçirilməsinin, iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması sahəsində irəliləyişin və həssas ölkələrə yardım üçün maliyyələşdirmənin təmin edilməsinin vacibliyini vurğulayır.
COP29
19 Noyabr , 2024 16:03
Aİ nümayəndələri: İqlim böhranı ilə mübarizədə tələblər hamı üçün yüksəldilməlidir

Aİ Paris Sazişinin məqsədlərinin həyata keçirilməsinin, iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması sahəsində irəliləyişin və həssas ölkələrə yardım üçün maliyyələşdirmənin təmin edilməsinin vacibliyini vurğulayır.

"Report"un məlumatına görə, bunu Macarıstan Energetika Nazirliyinin energetika və iqlim məsələləri üzrə dövlət katibi Attila Ştayner və Aİ-nin iqlim məsələləri üzrə komissarı Vopke Hukstra COP29 çərçivəsində yüksək səviyyəli iclasda Avropa İttifaqı qrupu adından çıxış edərkən bildiriblər.

A.Ştaynerin sözlərinə görə, COP29 həyata keçirmə konfransı olmalıdır. "Vaxt itirməyə vaxtımız yoxdur, hamımızın Bakıda balanslaşdırılmış nəticə əldə etmək üçün birləşməsi vacibdir. COP29 fəaliyyət konfransı olmalı olduğundan, iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması sahəsində irəliləyiş bizi narahat edir. Buna görə də bizim üçün əsas prioritet təsirlərin yumşaldılması sahəsində irəliləyiş və ambisiyalı və etibarlı nəticənin əldə edilməsidir", - deyə o bildirib.

Öz növbəsində Vopke Hukstra Aİ-nin yaşıl transformasiya kursunu davam etdirmək və iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığı gücləndirmək əzmini vurğulayıb.

O bildirib ki, Aİ COP30 ərəfəsində iqlim tədbirlərini gücləndirmək üçün G20 liderlərini, beynəlxalq təşkilatları və maliyyə institutlarını birləşdirəcək yeni enerji keçidi forumunun təşkilini təklif edib.

Onun sözlərinə görə, COP29 iqlim maliyyələşdirilməsi üzrə ambisiyalı, yeni kollektiv kəmiyyət hədəfini, Paris Sazişinin məqsədlərinə uyğun olaraq bütün maliyyə axınlarının uyğunlaşdırılmasına töhfə verən hədəfi müəyyən etməlidir.

"O, iqlim maliyyələşdirilməsinin təmin edilməsi və səfərbər edilməsi üzrə tərəfdaşların inkişaf edən iqtisadi imkanlarını nəzərə almalıdır. Və biz karbon bazarlarının qaydalarında da irəliləyişə nail oluruq", - deyə Vopke bildirib.

Son xəbərlər

Orphus sistemi