Kot-d'İvuarlı nazir: COP29-da ölkəm üçün Azərbaycandan kömək istəyəcəyəm

Kot-d'İvuarlı nazir: COP29-da ölkəm üçün Azərbaycandan kömək istəyəcəyəm Azərbaycanda COP29 çərçivəsində iqlim maliyyəsi mövzusunda kritik addımlar atılacaq.
COP29
12 Oktyabr , 2024 09:13
Kot-d'İvuarlı nazir: COP29-da ölkəm üçün Azərbaycandan kömək istəyəcəyəm

Azərbaycanda COP29 çərçivəsində iqlim maliyyəsi mövzusunda kritik addımlar atılacaq.

Bunu "Report"un ABŞ bürosuna müsahibəsində Kot-d'İvuarın (Fil Dişi Sahili və ya Fil Dişi Sahili Respublikası) Ətraf Mühit, Davamlı İnkişaf və Ekologiya naziri Konan Jacques Assahore bildirib.

Nazir ölkəsinin iqlim dəyişkənliyinin fəsadları ilə mübarizə apardığını vurğulayıb və COP29-da Afrika ölkələri üçün Azərbaycandan və beynəlxalq ictimaiyyətdən dəstək istəyəcəyini deyib:

"Bütün dünya iqlim dəyişkənliyinin fəsadları ilə mübarizə aparır. Bu, günümüzün ən böyük problemidir. İqlim dəyişkənliyi bütün dünya ölkələrinin iqtisadiyyatını təsiri altına alıb və Afrika ölkələri bu prosesdən ən çox zərərçəkən bölgələr sırasındadır. İqlim fəaliyyəti üçün adekvat maliyyənin təmin edilməsi mühüm problem olaraq qalır.

Bu mövzuda müzakirələrdə və qərarların alınması prosesində iştirak etmək üçün Bakıda olacağıq və COP29-da Afrikanın narahatlığını dilə gətirəcək, qitə ölkələrinin iqlim dəyişənliyi ilə mübarizəsinə köməklik üçün Azərbaycandan və beynəlxalq ictimayyətdən dəstək istəyəcəyik".

Nazir qeyd edib ki, Azərbaycanda COP29-da iqlim maliyyəsi mövzusunda kritik addımlar atılacaq və COP29-da aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar bu baxımdan dönüş nöqtəsi ola bilər:

"Hamımız COP29-a hazırlaşarkən vahid mövqedən çıxış etməli, diqqətimizi Afrika üçün geniş miqyasda iqlim maliyyəsini səfərbər etməyə yönəltməliyik".

Son xəbərlər

Orphus sistemi