Afrikalı nazir: COP29-da Azərbaycan və beynəlxalq ictimaiyyətdən dəstək istəyəcəyik

Afrikalı nazir: COP29-da Azərbaycan və beynəlxalq ictimaiyyətdən dəstək istəyəcəyik Azərbaycanda COP29 çərçivəsində iqlim maliyyəsi mövzusunda kritik addımlar atılacaq.
COP29
11 Oktyabr , 2024 00:10
Afrikalı nazir: COP29-da Azərbaycan və beynəlxalq ictimaiyyətdən dəstək istəyəcəyik

Azərbaycanda COP29 çərçivəsində iqlim maliyyəsi mövzusunda kritik addımlar atılacaq.

Bunu Kot-d'İvuarın ətraf mühit, davamlı inkişaf və ekologiya naziri Konan Jak Assahor “Report”un ABŞ bürosuna müsahibəsində söyləyib.

Nazir ölkəsinin iqlim dəyişkənliyinin fəsadları ilə mübarizə apardığını vurğulayıb və COP29-da Afrika ölkələri üçün Azərbaycandan və beynəlxalq ictimaiyyətdən dəstək istəyəcəyini qeyd edib: “Bütün dünya iqlim dəyişkənliyinin fəsadları ilə mübarizə aparır. Bu günümüzün ən böyük problemidir. İqlim dəyişkənliyi bütün dünya ölkələrinin iqtisadiyyatını təsiri altına alıb və Afrika ölkələri bu prosesdən ən çox zərər çəkən bölgələr sırasındadır. İqlim fəaliyyəti üçün adekvat maliyyənin təmin edilməsi mühüm problem olaraq qalır”.

“Bu mövzuda müzakirələrdə və qərarların alınması prosesində iştirak etmək üçün Bakıda olacağıq və COP29-da Afrikanının narahatlığını dilə gətirəcək, qitə ölkələrinin iqlim dəyişənliyi ilə mübarizəsinə köməklik üçün Azərbaycandan və beynəlxalq ictimayyətdən dəstək istəyəcəyik”, – o vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycanda COP29-da iqlim maliyyəsi mövzusunda kritik addımlar atılacaq və COP29-da aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar bu baxımdan dönüş nöqtəsi ola bilər:

“Hamımız COP29-a hazırlaşarkən vahid mövqedən çıxış etməli, diqqətimizi Afrika üçün geniş miqyasda iqlim maliyyəsini səfərbər etməyə yönəltməliyik”.

Son xəbərlər

Orphus sistemi