ADB-nin baş direktoru: COP29-da Azərbaycan qlobal konsensusun formalaşdığı məkana çevriləcək

ADB-nin baş direktoru: COP29-da Azərbaycan qlobal konsensusun formalaşdığı məkana çevriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Azərbaycan iqlim məsələləri üzrə qlobal konsensusun formalaşdığı məkana çevriləcək.
COP29
12 İyun , 2024 16:18
ADB-nin baş direktoru: COP29-da Azərbaycan qlobal konsensusun formalaşdığı məkana çevriləcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Azərbaycan iqlim məsələləri üzrə qlobal konsensusun formalaşdığı məkana çevriləcək.

Bunu “Report”a müsahibəsində Asiya İnkişaf Bankının (ADB) baş direktoru və sektor qrupunun rəhbəri Rameş Subramaniam (Ramesh Subramaniam) deyib.

“COP sessiyalarının qalıq yanacaqları ilə zəngin ölkələr - Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan tərəfindən ardıcıl olaraq təşkili onu təsdiq edir ki, hər iki ölkə enerji resurslarına malik olsa da, bunları digər ölkələrə ixrac etsə də, həm Bakı, həm də Əbu-Dabi iqlim dəyişikliyi ilə mübarizədə üzərlərinə öhdəlik götürür”, - o vurğulayıb.

ADB-nin baş direktoru bildirib ki, bu, şübhəsiz, belə ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə güclü öhdəliklərini nümayiş etdirir.

Son xəbərlər

Orphus sistemi