Qaz Emalı Zavodunun əməkdaşları veteranlara baş çəkiblər

Qaz Emalı Zavodunun əməkdaşları veteranlara baş çəkiblər Onlara hədiyyələr təqdim edilib
Cəmiyyət
8 May , 2017 17:31
Qaz Emalı Zavodunun əməkdaşları veteranlara baş çəkiblər
Socar.az

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)  Qaz Emalı Zavodunun əməkdaşları 9 May - Qələbə Günü ilə əlaqədar Qaradağ rayonunda yaşayan II Dünya müharibəsi veteranlarına baş çəkiblər.

“Report” şirkətə istinadən xəbər verir ki, SOCAR əməkdaşları Böyük Vətən müharibəsi iştirakçılarını faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər. Görüşlər zamanı faşizm üzərində qələbənin əldə olunmasında azərbaycanlıların göstərdikləri igidlik və şücaətdən söz açılıb, arxa cəbhədə Azərbaycan neftçilərinin əməyi xüsusi qeyd olunub. 

Vurğulanıb ki, Bakı nefti, Azərbaycan neftçilərinin fədakarlığı olmasaydı, bu müharibədə qələbə qazanmaq mümkünsüz olardı. Müharibə və arxa cəbhə veteranları İsa İsmayıloğlu və Vəli Quliyev öz cəbhə həyatları və müharibədən sonrakı dinc əmək fəaliyyətləri barədə xatirələrini danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin müharibə veteranlarına göstərdiyi daimi qayğıdan razılıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi