Yuxarı
    Bağlamaq

    ​Ziya Məmmədov Nəqliyyat Nazirliyinin qərarlarından birini ləğv edib

    Qərar sərnişin və yük daşımalarına xüsusi razılıq verilməsi üçün sənədlərin qəbulu üzrə elektron xidmət qaydalarını müəyyən edirdi

    Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Nəqliyyat Nazirliyi "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"in təsdiq edilməsi haqqında" 2013-cü il 20 iyun tarixli qərarını ləğv edib.

    "Report"un xəbərinə görə, bununla bağlı qərarı nəqliyyat naziri Ziya Məmmədov imzalayıb.

    Bu qərar avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət qaydalarını müəyyən edirdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi