​Naxçıvanda ixrac perspektivli məhsulların elektron kataloqu hazırlanıb

​Naxçıvanda ixrac perspektivli məhsulların elektron kataloqu hazırlanıb Katoloqa 484 əl işi və sənət əsəri yerləşdirilib
Cəmiyyət
8 İyun , 2016 19:24
​Naxçıvanda ixrac perspektivli məhsulların elektron kataloqu hazırlanıb

Bakı. 8 iyun. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında istehsal olunan, ixrac baxımından perspektivli hesab edilən məhsulların, xalq yaradıcılığı nümunələrinin, o cümlədən sənətkarların əl işlərinin və sənət əsərlərinin elektron kataloqları hazırlanıb.

"Report" xəbər verir ki, bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi bildirib.

Kataloqlarda məhsulların və sənət əsərlərinin fotoşəkilləri, istehsalçıları haqqında Azərbaycan və ingilis dillərində məlumatlar yerləşdirilib. Xalq yaradıcılığı nümunələri və əl işlərinin kataloqunda muxtar respublikada fəaliyyət göstərən xalçatoxuma üzrə 35, ağac üzərində oyma sənəti üzrə 50, dekorativ-tətbiqi sənət üzrə 60, papaqçılıq üzrə 20, mis üzərində döymə sənəti üzrə 30, xəttatlıq üzrə 4, rəssamlıq üzrə 285 olmaqla, ümumilikdə, 484 ədəd əl işi və sənət əsəri yerləşdirilib. 

Naxçıvan məhsullarının ixrac kataloqunda isə muxtar respublikada fəaliyyət göstərən 37 ixrac potensiallı müəssisəyə aid ərzaq və qeyri-ərzaq olmaqla, 339 çeşiddə məhsulun nümayişi təmin edilib. 

Son xəbərlər

Orphus sistemi