Naxçıvanda “Ailə dəyərlərimiz film və fotolarda” II yaradıcılıq müsabiqəsi elan olunub

Naxçıvanda “Ailə dəyərlərimiz film və fotolarda” II yaradıcılıq müsabiqəsi elan olunub Müsabiqəyə materiallar iyunun 30-dək qəbul olunacaq
Cəmiyyət
7 Aprel , 2017 20:52
Naxçıvanda “Ailə dəyərlərimiz film və fotolarda” II yaradıcılıq müsabiqəsi elan olunub
courtesy image

Bakı. 7 aprel. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu yeniyetmə, gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” II yaradıcılıq müsabiqəsi elan edib.

"Report" xəbər verir ki, müsabiqədə MR-da yaşayan telejurnalist və rejissorlar, ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin tələbə və şagirdləri, həvəskar və professional fotoqraflar iştirak edə bilərlər. Müsabiqə “Ən yaxşı film” və “Ən yaxşı foto” istiqamətləri üzrə keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrini ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim etmək, ailə səadətinin açarı kimi ailə dəyərlərini işıqlandırmaq, yeniyetmə və gənclərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq və bədii zövqünü inkişaf etdirməkdir.

Müsabiqəyə materiallar iyunun 30-dək qəbul olunacaq.

Son xəbərlər

Orphus sistemi