​Kiyevdə yeniyetmələr iki azərbaycanlını döyüb

​Kiyevdə yeniyetmələr iki azərbaycanlını döyüb Zərərçəkənlərdən sənədlərin və qiymətli əşyaların olduğu çantalar oğurlanıb
Cəmiyyət
22 İyul , 2015 17:45
​Kiyevdə yeniyetmələr iki azərbaycanlını döyüb

Bakı. 22 iyul. REPORT.AZ/ İyulun 21-də axşam saatlarında Kiyevin Dmitriyevski küçəsində 8 nəfər yetkinlik yaşına çatmayan şəxs iki Azərbaycan vətəndaşını döyüblər.

"Report" xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsindəki səhifəsində Kiyev şəhər sovetinin deputatı Yelena Eskina yazıb.

"Quldurluq hadisəsi baş verib (bu barədə mənə polis bildirib). Hazırda təcili yardım maşını gəlib. Hadisə yerinə istintaq qrupu cəlb olunub. Mənim gözümün qabağında 16-17 yaşlarında yeniyetmələrin ciblərindən biz və bıçaqlar çıxarılır. İndi zərərçəkmiş xarici vətəndaşlarla (azərbaycanlılardır) danışıram. Deyirlər ki, içində sənədləri olan paketi oğurlayıblar (Azərbaycan vətəndaşının pasportu, Ukraynada yaşamaq hüququ verən sənəd, Ukrayna vətəndaşı olan qadınla nikaha girmək haqqında şəhadatnamə) və qiymətli əşyalar (telefon, nasos) və qida məhsullarının olduğu çanta qarətçilər tərəfindən əllərindən alınıb ", - deputat yazır.

Xanım deputat hadisənin araşdırılmasını şəxsi nəzarəti altına almağı vəd edib. 

Son xəbərlər

Orphus sistemi