Kəmaləddin Heydərov Mingəçevir şəhərində vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Mingəçevir şəhərində vətəndaşları qəbul edib 25 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb
Cəmiyyət
28 Noyabr , 2014 16:09
Kəmaləddin Heydərov Mingəçevir şəhərində vətəndaşları qəbul edib

Bakı. 28 noyabr. REPORT.AZ/  Noyabrın 28-də Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov Mingəçevir şəhərində Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərini, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Bu barədə "Report"a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 25 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 166, digər məsələlərlə bağlı müraciət edən 120 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Son xəbərlər

Orphus sistemi