Yuxarı

​Gələn il üç regional "ASAN xidmət" mərkəzi istifadəyə veriləcək

2014-cü ildə Azəriqaz, Azərsu kimi qurumlar ASAN xidmət mərkəzlərində öz xidmətlərini göstərməyə başlayıblar

Bakı. 28 dekabr. REPORT.AZ/ Gələn il Bərdə, Qəbələ və Masallıda “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq.

“Report” AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, həmin mərkəzlərin fəaliyyətə başlamasından sonra vətəndaşlar artıq ərazi məhdudiyyəti olmadan bütün ölkə üzrə istədikləri “ASAN xidmət” mərkəzinə müraciət edə biləcəklər. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin sayının artırılmasından danışan İnam Kərimov vurğulayıb ki, bu, dövlətimizin başçısının Fərmanı əsasında müəyyən olunacaq. Qeyd edək ki, 2014-cü ildə “Azəriqaz”, “Azərsu”, “Bakıelektrikşəbəkə”, “Azərenerji” kimi qurumlar “ASAN xidmət” mərkəzlərində öz xidmətlərini göstərməyə başlayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi