Yuxarı

Dünya Bankının vitse-prezidenti Azərbaycanın ədliyyə naziri ilə görüşüb

Bildirilib ki, islahatlar nəticəsində məhkəmə sistemi xeyli təkmilləşdirilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Tak layihə çərçivəsində inşa olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binasında ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. “Report” Ədliyyə Nazirliyinin saytına istinadən xəbəbr verir ki, görüş zamanı xanım L.Tak dövlət başçısı İlham Əliyev tərəfindən qəbul olunmasından məmnunluğunu ifadə edərək ölkənin hərtərəfli tərəqqisini, o cümlədən İKT sahəsindəki nailiyyətlərini təqdir edib, Azərbaycanda məhkəmə sisteminin inkişafını qanunun aliliyinin təmin olunması, iqtisadi islahatlar prosesinə müsbət təsiri baxımından yüksək dəyərləndirib, Dünya Bankı və Azərbaycan arasında əməkdaşlığın böyük səmərəsini qeyd edib.

Nazir F.Məmmədov Dünya Bankının Azərbaycanda həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatlarına dəstəyini qeyd edərək ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə həyata keçirilən layihələrin mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, islahatlar nəticəsində məhkəmə sistemi xeyli təkmilləşdirilib, mütərəqqi qanunvericilik və institusional tədbirlər görülüb, yeni məhkəmələr təsis edilib, hakimlərin ən şəffaf seçim qaydası təsbit olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi