Deputat: "​Ehtiyatda olan bir zabit kimi hər an silaha sarılıb vətən torpağını qorumağa hazıram"

Deputat: "​Ehtiyatda olan bir zabit kimi hər an silaha sarılıb vətən torpağını qorumağa hazıram" Cəbhədə baş verən hadisələrlə əlaqədar Sabunçu rayon ictimaiyyəti ilə görüş keçirilib
Cəmiyyət
5 Aprel , 2016 12:17
Deputat: ​Ehtiyatda olan bir zabit kimi hər an silaha sarılıb vətən torpağını qorumağa hazıram

Bakı. 5 aprel. REPORT.AZ/ "Ehtiyatda olan bir zabit kimi hər an Ali Baş Komandanın əmrini gözləyirəm. Ali Baş Komandan nə zaman əmr verərsə, silaha sarılıb vətən torpağını qorumağa hazıram". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

E. Quliyevin sözlərinə görə, cəbhədə baş verən hadisələrlə əlaqədar Sabunçu rayon ictimaiyyəti ilə görüş keçirilib:
"Dünən millət vəkili seçildiyim Sabunçu rayonunda ictimaiyyət nümayəndələri ilə görüş keçirildi. Yaşı 17-dən 77-yə qədər olan hər bir şəxs ali baş komandanın əmrini gözləyir".

Son xəbərlər

Orphus sistemi