Yuxarı
    Bağlamaq

    ​Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sülh ağacı”nın açılış mərasimi olub

    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib

    Bakı. 17 may. REPORT.AZ/ III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 17-də Bakıda “Sülh ağacı”nın açılış mərasimi olub.

    "Report" xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak ediblər.

    Birinci xanım Mehriban Əliyeva “Sülh ağacı”nın rəmzi açılışını bildirən lenti kəsib.

    Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova və “Sülh ağacı”nın müəllifi, UNESCO-nun dünya rəssamı Xedva Ser mərasimdə çıxış etdilər.

    Sonda xatirə şəkli çəkdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi