​Bakıda “Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir

​Bakıda “Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir Tədbir iki gün davam edəcək
Cəmiyyət
5 May , 2016 15:53
​Bakıda “Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Bakıda Avropa İttifaqının və AMEA İnsan Hüquqları İnstitutunun birgə əməkdaşlığı ilə “Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası” mövzusunda beynəlxalq seminar başlayıb.

"Report" xəbər verir ki, seminarın əsas məqsədi Azərbaycanda müvafiq dövlət orqanlarının əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası sahəsində təcrübələrini artırmaq üçün Avropa İttifaqına üzv dövlətlərlə Azərbaycan arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Tədbirdə əvvəlcə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Migel Maqro Qomes çıxış edib.

AMEA Rəyasət Heyəti Aparatının nümayəndəsi, hüquq elmləri üzrə fəlsəfə doktoru Rasim Ağasıyev öz çıxışında Azərbaycan Respublikasında əməkçi miqrantların hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlər, bu sahə üzrə ölkədə yaranmış mövcud vəziyyət haqqında məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov isə əməkçi miqrant probleminin hazırda dünyanın həll etməli olduğu vacib problemlərdən biri olduğunu bildirib.

Qeyd edək ki, seminar iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi