​Azərbaycanın Əmək Məcəlləsinə dəyişikliklər edilir

​Azərbaycanın Əmək Məcəlləsinə dəyişikliklər edilir Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
Cəmiyyət
18 Sentyabr , 2014 16:18
​Azərbaycanın Əmək Məcəlləsinə dəyişikliklər edilir

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda komitə sədri Rəbiyyət Aslanova “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə məlumat verib. O deyib ki, Əmək Məcəlləsinin 13-cü maddəsinə təklif olunan dəyişikliklər bu qanun layihəsinin Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması ilə əlaqədardır, əməkçi miqrantların hüquqlarının təmin edilməsinə xidmət edir.

Sonra “İnsan alverinə qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” məsələyə baxılıb.

Komitə üzvləri qanun layihəsini birmənalı olaraq dəstəkləyiblər.

İclasda iki qanun layihəsini təqdim edən Milli Məclis Aparatının İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov qaçqınların və məcburi köçkünlərin statusu haqqında qanuna və Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklərin mahiyyətini açıqlayıb.

İclasda komitənin payız sessiyasına dair iş planı təsdiqlənib, müzakirə edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi