Azərbaycan Milli Arxiv İdarəsi kollegiyasının tərkibində dəyişiklik edilib

Azərbaycan Milli Arxiv İdarəsi kollegiyasının tərkibində dəyişiklik edilib Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi müəyyənləşib
Cəmiyyət
21 Avqust , 2014 17:51
Azərbaycan Milli Arxiv İdarəsi kollegiyasının tərkibində dəyişiklik edilib
Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasizadə "Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında" qərarda dəyişiklik edib.

Nazirlər Kabinetindən Report-a verilən xəbərə görə, Milli Arxiv İdarəsinin kollegiyasının üzvləri müəyyənləşib.

Kollegiyanın üzvləri Milli Arxiv İdarəsi rəisinin müavini Əsgər Rəsulov, Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov, Milli Arxiv İdarəsinin təşkilat - metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, Milli Arxiv İdarəsinin komplektləşdirmə, İdarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov, Dövlət Arxivinin direktoru Emin Sərdarov, Dövlət Kino-foto Sənədləri Arxivinin direktoru Vüqar Tapdıqlıdır.

Son xəbərlər

Orphus sistemi