Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türk Akademiyası arasında anlaşma imzalanıb

Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türk Akademiyası arasında anlaşma imzalanıb ADİU ilə Türk Akademiyası arasında təhsil sahəsində əməkdaşlıq
Cəmiyyət
19 Dekabr , 2014 21:56
Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türk Akademiyası arasında anlaşma imzalanıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Dekabrın 19-da Qazaxıstanın Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, görüşdə bu ali təhsil ocağının rektoru, professor Ədalət Muradov Türk Akademiyası haqqında ətraflı məlumat verib. Bildirib ki, akademiya türk dünyasının strateji inkişaf istiqamətləri üzrə fundamental tədqiqatlar aparan qurumdur.

Professor D.Kıdırali türk dünyasında mütərəqqi fikir ortaya qoyan dahilərin bir çoxunun Azərbaycandan olduğunu bildirib. Ortaq dəyərlərdən, tarix və mədəniyyətdən danışan qonaq gələcəkdə Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin yaradılmasına ehtiyac olduğunu qeyd edib.

Sonra D.Kıdırali görüş iştirakçılarının suallarını cavablandırıb.

Tədbirdə ADİU ilə Türk Akademiyası arasında təhsil sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatlar və təhsil layihələrinin mütəmadi keçirilməsi haqqında anlaşma memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi