AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb - YENİLƏNİB - 2

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb - YENİLƏNİB - 2 AFFA İcraiyyə Komitəsinin növbəti iclası başlayıb.
Futbol
16 Avqust , 2023 13:16
AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb - YENİLƏNİB - 2

AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

"Report"un məlumatına görə, müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub.

2023/2024 mövsümündən etibarən “Şahdağ Qusar” və “Dinamo” FK II Liqada çıxış edəcək.

Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların “Dinamo” FK-ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunub.

FİFA-nın “FORWARD” layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaiti AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinə yönləndiriləcək.

10:58

AFFA İcraiyyə Komitəsinin növbəti iclası başa çatıb.

“Report”un məlumatına görə, toplantı qurumun inzibati binasında keçirilib.

10:04

AFFA İcraiyyə Komitəsinin növbəti iclası başlayıb.

“Report”un məlumatına görə, toplantı qurumun inzibati binasında keçirilir.

İclasın gündəliyinə 2023/2024 mövsümündə II Liqada çıxış edəcək komandaların siyahısının təsdiqi və digər məsələlər daxil edilib.

Son xəbərlər

Orphus sistemi